Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 9 %-ə yaxın artıb
Bu il martın 1-nə Azərbaycan banklarının depozit portfeli 40 milyard 420,5 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 %, ilin əvvəli ilə müqayisədə 0,4 %, ötən ilin eyni dövrünə nisbətən 8,8 % çoxdur.
Bunun 54,3 %-i, yaxud 21 milyard 958,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 1,8 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 11,8 % artaraq 14 milyard 835,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 56,9 % artaraq 3 milyard 625,7 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 834,7 milyon manatı (il ərzində 2,5 % artıb) qısamüddətli, 16 milyard 585,7 milyon manatı (19,3 % artıb) isə uzunmüddətli olub.
Oxşar xəbərlər
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min bare...