Azərbaycan banklarına depozit qoyuluşu azalıb
Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 337,5 milyon manat təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 0,9 %, ötən il mayın 1-nə nisbətən isə 0,2 % azdır.
Depozit portfelinin 47,4 %-i, yaxud 19 milyard 608,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 15,6 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 18,8 % artaraq 17 milyard 641,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 22 % artaraq 4 milyard 87,4 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 22 milyard 169,3 milyon manatı (1 il əvvələ nisbətən 4,1 % az) qısamüddətli, 19 milyard 168,1 milyon manatı (4,7 % çox) isə uzunmüddətli olub.
Oxşar xəbərlər
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min bare...