AÇG-dən indiyədək 4,5 mlrd. barel neft çıxarılıb
03
iyn
2025
14:23
"Şahdəniz" qaz-kondensat yatağından indiyədək 243 mlrd. kubmetr qaz hasil olunub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley "Baku Energy Forum"unda çıxış edərkən BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Dan Sparks bildirib.
Onun sözlərinə görə, indiyədək "Şahdəniz"dən 50 mln. ton qaz kondensatı istehsal olunub.
Dan Sparks onu da qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" yataqları blokundan indiyədək 4,5 mlrd. barel neft çıxarılıb.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 5 dollara yaxın BAHALAŞDI
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,72 ABŞ dolları və ya 5,1 % artaraq 97,61 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...