SİZİN REKLAM BURADA!
055 213 76 73


Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,87% azalaraq 2,38 ABŞ dolları təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində isə Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,37% azalaraq 1 barelə görə 40,64 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,60% azalaraq 37,82 dollar təşkil edib.

BAKU.WS