SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan və Qazaxıstanın energetika nazirləri Pərviz Şahbazov ilə Nurlan Noğayev arasında iki ölkənin hökumətlərarası komissiyasının növbəti iclasına hazırlıq məsələləri videokonfrans formatında müzakirə olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, tərəflər koronavirus pandemiyası ilə bağlı növbəti iclası oktyabr ayında viedokonfrans formatında keçirmək barədə razılığa gəliblər.

Bununla yanaşı, iki ölkənin OPEC+ formatında hasilatın ixtisarına dair əldə olunmuş razılaşmanın icrası ilə bağlı məsələlər də müzakirə edilib.

“OPEC+ formatının iştirakçıları tərəfindən atılan addımlar nəticəsində hazırda neft qiymətlərində müsbət dinamika var” – Qazaxıstan Enerji Nazirliyindən bildirilib.

BAKU.WS