VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana qonşu olan ölkələrdə dolların məzənnəsi bu ölkələrin milli valyutaları qarşısında son 3 gün ərzində dəyişib. 

BAKU.WS xəbər verir ki, dolların məzənnəsi ən çox Rusiyanın milli valyutası olan rublda özünü göstərir.

Belə ki, bu günə olan rəsmi məzənnədə 1 dollar 78,45 rubla satılır. 3 gün öncə (78,82) ilə müqayisədə rubl nisbətən ucuzlaşıb.

Bundan başqa son 3 gün ərzində Türkiyə lirəsi də 1 dollar üçün 6,4 lirədən 6,5 lirəyə qalxıb.

Digər bir qonşumuz Gürcüstanda isə milli valyuta - lari dollar qarşısında nisbətən bahalaşıb. Son 3 gün ərzində dolların məzənnəsi 3,3 laridən 3,2 lariyə düşüb.

Onu da bildirək ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda milli valyutanın - manatın məzənnəsində heç bir dəyişiklik olmayıb. Bir həftə əvvəl olduğu kimi bu gün də 1 dollar 1,7 manata bərabərdir.

BAKU.WS