SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan–AYİB Əməkdaşlıq Hesabı ilə əlaqədar Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan–AYİB Əməkdaşlıq Hesabı ilə əlaqədar 2019-cu il noyabrın 22-də London şəhərində imzalanmış Əməkdaşlıq Sazişi təsdiq edilib.

Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Yenidənqurma və İnkişaf Bankına bildiriş göndərsin.

Prezident İlham Əliyev eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan Respublikasının Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan Respublikasının Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında 2019-cu il noyabrın 22-də London şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Yenidənqurma və İnkişaf Bankına bildiriş göndərəcək.

BAKU.WS