SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin iyul ayı ərzində dəmir yolları vasitəsi ilə ümumilikdə 270 min sərnişin daşınıb.

Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Qeyd olunur ki, sərnişin sıxlığı ən çox qərb istiqamətində müşahidə olunub:

"2019-cu ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 1 milyon 896,2 min nəfər sərnişin daşınıb ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünə nisbətən (1 milyon 545,5 min nəfər) 350,7 min nəfər sərnişin və ya 22,7% çox təşkil edib.

Bu ilin iyul ayı ərzində isə dəmir yolu ilə yerli istiqamətdə 77523, beynəlxalq istiqamətdə 15847, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə 19226 və Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə 157427 nəfər sərnişin daşınıb".
BAKU.WS