2018-ci ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 min 455 nəfər artaraq, 707 min 500 nəfər olub.

Bakı Statistika İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 1,6 faiz artaraq, 789,3 manat olub.

Muzdla işləyənlər arasında ən yüksək maaşı Pirallahı qəsəbəsində işləyənlər alıb – 1 450,3 manat. Ən aşağı əməkhaqqı Binəqədi rayonunda qeydə alınıb – 499,2 manat.

Göstərilən dövrdə (2018-ci ilin II rübündə) paytaxtda 30 min 622 yeni iş yerləri açılıb. Bunun 30 min 622 ədədi daimi olub.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ