SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci il yanvarın 15-dən etibarən "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

Bu barədə BAKU.WS-ə AZAL-dan məlumat verilib.

Məlumata görə, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

Həmçinin AZAL-dan verilən məlumatda sərnişinlərin qeydiyyat üçün hava limanına öncədən gəlmələri xahiş olunub.

BAKU.WS