Bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 788,8 mln. manat, xərcləri 11 327,5 mln. manat təşkil edib.

BAKU.WS-in “Report”a istinadla məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumata əsasən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 30,3%, büdcə xərcləri isə 21,2% artıb. Büdcənin icrasında 538,7 mln. manatlıq və yaxud ümumi daxili məhsulun 1,2%-i qədər kəsir yaranıb.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 34,3% artaraq 9410,1 mln. manata, xərcləri isə 19,2% artaraq 9765,6 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 355,5 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,9%-ni təşkil edib.

BAKU.WS