SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya miqyasında korrupsiyanın illik həcmi 1,5-2 trln. ABŞ dolları və ya qlobal iqtisadiyyatda payı 2% təşkil edir.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) "Korrupsiya: problemin miqyası və zəiflədilməsi strategiyaları” adlı məruzəsində qeyd olunub. 
Məruzədə, həmçinin bildirilir ki, korrupsiya iqtisadi artıma yavaşladıcı təsir edir, ÜDM artımında müsbət dinamikanın əsas amillərini bloklayıcı rol oynayır.

IMF korrupsiyanın iqtisadi qeyri-sabitlik, yüksək inflyasiya, iqtisadiyyatda nisbətən zəif investisiyalara səbəb olduğunu xatırladıb.

Antikorrupsiya strategiyaları arasında Fond şəffaflığın yayılması ilə bərabər iqtisadiyyatın korrupsiyaya bulaşmamış sektorlarının qorunmasını tövsiyə edir. 
 
BAKU.WS