SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gürcüstan mayın 17-dən etibarən Rusiyaya elektrik enerjisi ixrac etməyə başlayıb. "APA-Economics” "Georgia Inform” portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatorunun yaydığı məlumatda deyilir.
 
Bildirilir ki, həftə ərzində "Kavkasioni” elektrik enerjisi xətti ilə Rusiyaya sutkada 5 mln. kilovatt elektrik enerjisi ixrac olunub.

Qeyd edək ki, Gürcüstan Türkiyəyə sutkada 2,78 mln. kilovatt, Ermənistana isə 0,7 mln. kilovatt elektrik enerjisi satır.

Operator bildirir ki, mayın 10-dan etibarən Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb.
 
BAKU.WS