SİZİN REKLAM BURADA!
055 213 76 73


Ev almaq istəyən şəxslərin adlarına daşınmaz əmlak olmamalı, 18 yaşına qədər ölkə banklarında mənzillə təminat üçün nəzərdə tutulmuş hesabı olmalıdır
 
BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, Türkiyə hökuməti ölkə vətəndaşlarına sosial dəstəyini gücləndirir. Seyyah.az türk mətbuatına istinadən xəbər verir ki, bu ölkədə ilk dəfə ev alanlara 15 min lirə (təxminən 7 200 manat), ilk dəfə evlənənlərə isə 5 min lirə (təxminən 2 400 manat) dövlət tərəfindən maliyyə yardımı veriləcək. Amma yardım almaq üçün bəzi şərtlər var.
 
Ev almaq istəyən şəxslərin adlarına daşınmaz əmlak olmamalı, 18 yaşına qədər ölkə banklarında mənzillə təminat üçün nəzərdə tutulmuş hesabı olmalıdır. Hesaba 30 min lirəyə (təxminən 14 300 manat) qədər pul yatırılmasına icazə verilir. Ailə qurarkən dövlətdən pul almaq istəyənlər isə bunu 27 yaşına qədər reallaşdırmalıdırlar. Türkiyə Ailə və Sosial Siyasət Nazirliyinin məlumatına görə, ötən il hökumət sosial məqsədlərə 32 mlrd. lirə (təxminən 15,3 mlrd. manat) xərcləyib. Bu vəsaitdən 3,154 mln. ailə faydalanıb.
 
BAKU.WS