SİZİN REKLAM BURADA!
055 213 76 73



"Səhliyalı" şirkəti "Halal Dönər” brendini ictimaiyyətə təqdim edib.
 
BAKU.WS-in məlumatna görə, məhsulun təqdimatı zamanı dönərin hazırlanmasından bişirilməsinə qədər bütün proseslər ictimaiyyətə nümayiş olunub. Şirkətin hazırladığı "Halal Dönər” məhsulunun əsas özəlliyi ət kəsiminin müsəlman adət-ənənələrinə uyğun həyata keçirilməsidir. 

Türkiyədən dəvət olunan mütəxəssislərin nəzarəti altında hazırlanan "Halal dönər" məhsulunun xüsusi özəllikləri var. Mütəxəssislər bildirir ki, bu gün hazırlanan dönər 1 və ya 10 il sonra da eyni standartla və eyni keyfiyyətlə hazırlanacaq. Almaniyadan gətirilən son texnologiya ilə ətlər standart- 2.5 millimetr qalınlığında açılır və ət daşıma qazanlarına qoyulur. Müəyyən edilmiş miqdarda ədviyyatlar vurulduqdan sonra ətlər "Thumbler” adlı vakumlu, soyuduculu, masaj apartına qoyulur. Aparatda təxminən 1,5 saat saxlanılan ədviyyatlı ətlər "Thumbler”in içərisindən çıxarılır və bloklama yerinə aparılır.

Daha sonra həmin ətlər paketlənir və qutulara yığılaraq -18 dərəcədə anbarlarda saxlanılır. Gələn sifarişlər əsasında "halal dönər”lər soyuducusu olan nəqliyyat vasitələri ilə istənilən ərazilərə çatdırılır. Bununla da məhsulun saxlanması üçün nəzərdə tutulan temperatur halqası qırılmamış olur. Xüsusi reseptlə hazırlanan "Halal dönər"in digərlərindən fərqi uzun müddət saxlanıla bilməsidir. 
 
Qeyd edək ki, bu gün «Sahliyali» şirkəti Azərbaycanın ən iri ət emalı müəssisələrindən biridir. Əsrlərdən gələn ənənələri, innovasiyaları və öz texnologiyalarımızı birləşdirərək sağlam və keyfiyyətli məhsul hazırlayır və istehsal edir. Ət kombinatının buraxdığı məhsulun ekoloji təmizliyi və yüksək istehlak keyfiyyəti bir sıra amillərlə müəyyən olunur, amma əsas olan şübhəsiz ki, istifadə edilən xammalın keyfiyyətidir. Şirkətin uğur əldə etməsinin başlıca səbəbi alıcılar qarşısında dürüst olmağıdır. Məhsullarıın qiyməti onun keyfiyyətinə uyğundur. Şirkət münasib qiymətlərə sağlam, yüksək keyfiyyətli məhsul təklif edir.
 
Şahin Həbibov
BAKU.WS