VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Taylandda ölkənin, əsasən müsəlman turistlər üçün nəzərdə tutulmuş ilk "halal" hoteli istifadəyə verilib.

BAKU.WS-in Report-a istinadla verdiyi məlumata görə, "Al-Meroz" mehmanxanası Banqkokun müsəlmanların çoxluq təşkil etdiyi Ramxamxaenqe rayonu ərazisində yerləşir.

Yeni hoteldə 242 nömrə var və hələ ki, hotelin müsəlman müştəriləri ümumi ziyarətçilərin təqribən 50%-ni təşkil edir.

Hotel menecmenti tez bir zamanda Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə səfər təqdimatları keçirməyi planlaşdırır.

Mehmanxanaya "halal" sertifikatı BƏƏ-nin "Gulf Halal Center" təşkilatı tərəfindən verilib.
 
BAKU.WS