SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Kingston" şirkəti həcmi 1 və 2 terrabayt olan "DataTraveler Ultimate GT" flaş kartların satışına başlayıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə CES-2017 sərgisində elan olunub. 

İstehsalçının sözlərinə görə, "DataTraveler Ultimate GT" cihazı dünyada ən tutumlu flaş toplayıcısı hesab olunur. Onlar USB 3.0 interfeysi ilə təchiz edilib. Oxuma sürəti 300 MB/s, yazma sürəti isə 200 Mb/s təşkil edir.

"DataTraveler Ultimate GT"-nin ölçüləri 75,18 x 27 x 21,02 mm-ə bərabərdir. Cihaz -25 °C-dən 60 °C-ə qədər temperaturda işləməyə hesablanıb. 

O, "Windows 10", "Windows 8.1", "Windows 8", "Windows 7 (SP1)", "Mac OS v.10.9.x+", "Linux v.2.6.x+" və "Chrome OS" əməliyyat sistemləri ilə uyğun gəlir. 

İstehsalçı 5 illik zəmanət təqdim edir. Həcmi 2 terrabayt olan "DTUGT/2TB" modelinin qiyməti isə 1319 dollar təşkil edir.
 
BAKU.WS