SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Rusiya baş nazirinin müavini Aleksandr Novak Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi məsələsini müzakirə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

“Novak Azərbaycanın energetika naziri ilə Rusiyadan neftin əks tədarükü üçün Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi imkanlarını müzakirə edib”, - məlumatda deyilir.

Bundan əlavə, iki ölkə arasında neft-qaz, elektrik enerjisi və nüvə sektorlarında əməkdaşlığın genişləndirilməsi məsələləri qaldırılıb.

Tərəflər idxalı əvəzləmə siyasəti çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın qurulması perspektivlərini də müzakirə ediblər.

Qeyd edək ki, P.Şahbazov Moskvada səfərdədir və orada “Rusiya enerji həftəsi” beynəlxalq forumunda iştirak edir. Forum oktyabrın 13-də başa çatacaq.

BAKU.WS