SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bu günlərdə "guya dolların Azərbaycanda daha istifadə edilməyəcəyi” ilə bağlı xeyili müraciətlər olur. Birmənalı şəkildə qeyd edim ki, ölkəmizdə dollardan istifadənin qadağan edilməsi mexanimzi yoxdur”.

BAKU.WS xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, Türkiyənin region ölkələrinin xarici ticarət əməliyyatlarını milli valyutada aparması ilə bağlı təklifi də orta və uzun müddətli dövr üçün aktual olmayacaq. 

"Belə sövdələşmələr ümumiyyətlə Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil”, - deyə V.Bayramov sözlərinə əlavə edib.

Ekspert əlavə edib ki, ticarətdə milli valyutaya keçid dolları ucuzlaşdıra bilməyəcək:
"Azərbaycan ixracı atırmaqla ölkəyə dönərli valyutanın daxil olmasında maraqlı ölkədir. Bütövlükdə isə, əmin olun ki, dollar "ölməyəcək”. 

Dünyanın 12 tirlyon dollarlıq ekvivalentidən olan ehtiyatlarının 8 tirlyona yaxını ABŞ dolları ilə saxlanılır. Sizcə, dünya 8 tirlyon dollarlıq ehtiyatın "ölməsinə” hazırdırmı?””.

Azər Məmmədov 
BAKU.WS