Dollara tələbat 2 dəfə artdı, manatın taleyi necə olacaq?

Dollara tələbat 2 dəfə artdı, manatın taleyi necə olacaq?
İqtisadiyyat 464

“Mərkəzi Bankın bu gün təşkil ediyi hərracda xarici valyuta tələbi 96.3 milyon dollar olub”.

BAKU.WS xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov feysbuk səhifəsində paylaşım edib.

O bildirib ki, əvvəlki hərracda sifarişin 47.9 milyon dollar olduğunu nəzərə alsaq, dollara tələbin 2 dəfədən çox artdığını görə bilərik.

Millət vəkili dollara tələbin artması manat üçün risklər yaradıb-yaratmayacağından söz açıb:

“Tələbin artmasının əsas səbəbi qeyri-iş günlərinə görə təxminən son 2 həftədə valyuta hərracların keçirilməməsidir. Biznesin dollara bəlli tələbi var və bayram günləri banklar çalışmadığı üçün bu günki hərracda artan sifarişlərə əsasən məbləğ formalaşdı. Nəticədə, dollara tələbin hiss edilən səviyyədə yüksəlməsi qeydə alındı.

Bütövlükdə, idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir”.

Oxşar xəbərlər

Ucuz maşınlar satışda! - "Accent" - 3500 AZN

Ucuz maşınlar satışda! - "Accent" - 3500 AZN

28 fevral 2023-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 28 nəqliyyat vasitəsi çıxarılıb. Hə...

38 İqtisadiyyat 11:37 02 fevral 2023

Son xəbərlər