SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 685,2 milyon manat təşkil edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Qeyd edilib ki, bu, martın 1-i ilə müqayisədə 0,7% azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 4,8%, son 1 ildə isə 25,4% azalıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,8% təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il martın sonuna isə 6,2% olub.

BAKU.WS