SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın ən böyük özəl neft şirkəti olan "Lukoyl"un həmsahibi, prezidenti və təsisçisi Vahid Ələkbərov tutduğu vəzifədən, həmçinin direktorlar şurasından istefa vermək qərarına gəlib.

BAKU.WS xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, istefa ərizəsi şirkətin Direktorlar Şurasına bu gün daxil olub.

Buna qədər V.Ələkbərov Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

Şirkətdən açıqlanıb ki, Ələkbərov nəzarət paketinin sahibi deyil, o, birbaşa səhmlərin cəmi 3,12%-nə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43%-ə sahibdir.

BAKU.WS