SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının tikinti materialları, xüsusən taxta bazarında qiymətlər yüksəlib.

BAKU.WS xəbər verir ki, Xəzər TV bu barədə süjet hazırlayıb.

Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi bu sahəyə də təsirsiz ötüşməyib.

Sahibkarların sözlərinə görə, son bir ay ərzində Azərbaycana Rusiyadan idxal edilən taxta materiallarının həcmi dəfələrlə azalıb. Bu isə qiymətlərin yüksəlməsinə səbəb olub.

Qeyd edək ki, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Belarus taxta materiallarının ixracı üçün yeni bazarlar axtarışındadır. Azərbaycan bu baxımdan önə çıxa biləcək ölkələrdən ola bilər. Sahibkarlar deyirlər ki, ölkəmizə Belarusdan da az həcmdə taxta materialları idxal edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

BAKU.WS
VİDEO