SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 3-də 95,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,42 dollar/barel çoxdur.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 94,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 87,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,45 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 93,46 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,52 dollar/barel çoxdur.

BAKU.WS