SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

BAKU.WS "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,66 ABŞ dolları və ya 1,03% azalaraq 63,68 dollar təşkil edib.

Xatırladaq ki, Ötən həftə ərzində (8-12 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,02 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,11 dollar və 5,3% çoxdur.

Ötən həftə ərzində ən yüksək göstərici (I gün) – 62,77 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 61,11 dollar səviyyəsində olub.

BAKU.WS