SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mənə vaxtaşırı seçildiyim Mingəçevir və respublikanın digər yerlərindən bankla problemləri olan vətəndaşlar müraciət edir. Artıq onların işləri ya məhkəmədədir, ya da qərar qəbul edilib. Əksər hallarda onların qaytara bilmədiyi əmanətə görə mənzilləri əllərindən alınır".

BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə bu gün keçirilən iclas zamanı deyib.

Onun sözlərinə görə, bankın vətəndaşın mənzilini almasına qadağa qoyulmalıdır:

"Hesab edirəm ki, mənzil insanın son istinad nöqtəsidir. Banka vəsaiti qaytara bilmədiyinə görə mənzilinin əlindən alınması həmin ailənin böyük bir çətinlik və uçuruma yuvarlanması deməkdir".

BAKU.WS
VİDEO