SİZİN REKLAM BURADA!
055 213 76 73


 

ABŞ Prezidenti BarakObamanın 2015-ci il üçün gəlirləri açıqlanıb.


BAKU.WSANS PRESS-ə istinadən xəbər verir ki, Obamanın ötən il üçün gəlirləri 436 min dollar təşkil edib. Onun əmək haqqı təxminən 395 min dollar təşkil edib. Daha 61 min dolları isə iki bestseller kitabından əldə edib. Obamalar ailəsi il ərzində təxminən 81,5 min dollar vergi ödəyiblər.


ABŞ rəhbəri gəlirinin təxminən 15 faizini (64 min dollar - red.) xeyriyyəçiliyə sərf edib. Bundan başqa, 9 min dolları isə o, "Fisher House Foundation" təşkilatının balansına keçirib. Bu təşkilat yaralı hərbi qulluqçular və onların ailə üzvlərinə köməklik edir.


Daha 5 min dollarını o, Vyu Bayden fonduna köçürüb. Bu fond vitse-prezident Co Baydenin beyin xərçəngindən vəfat etmiş oğlunun şərəfinə yaradılıb. Eyni məbləği Barak Obama qızlarının təhsil aldığı "Sidwell Friends School" məktəbinin hesabına da köçürüb.


2014-cü ildə isə prezident və onun xanımının gəlirləri 477 min 383 dollar həcmində hesablanıb. Bu məbləğin  91,5 min dollarını onlar vergiyə ödəyiblər. 6,5 min dolları isə Bayden fonduna köçürüblər.


Rusiya prezidenti Vladimir Putinin illik gəlirlərində isə artım müşahidə olunub. Belə ki, 2014-cü ilə nisbətən prezidentin illik gəliri 1.23 milyon rubl (28 min 290 manat - red.) artaraq 8.89 milyon rubl (204 min 470 manat - red.) olub.


Bu barədə Kremlin saytında ötən gün dərc edilən "gəlir hesabatı"nda qeyd olunub. Hesabatda həmçinin o da vurğulanır ki, ölkə başçısının tabeliyində olan əmlak siyahısında heç bir dəyişiklik olmayıb.


Əvvəlki illərdə olduğu kimi prezidentin QAZ M-21, QAZ M-21P və VAZ "Niva" avtomobilləri, eyni zamanda "Skif" avtomobilinin yedəyinin olduğu göstərilib. Həmçinin Putin sahəsi 18 kvadrat metrlik qaraja, 77 kvadrat metrlik mənzilə və 1500 kvadrat metrlik torpaq sahəsinə sahibdir. Prezidentin istifadəsində daha bir qaraj və 153.7 kvadrat metr sahəsi olan mənzil də var.

 

BAKU.WS