2021-ci ildə dünya üzrə neft qiymətləri 46,7 dollar təşkil edəcək.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünyanın İqtisadi Mənzərəsi” adlı hesabatında deyilir.

Bildirilir ki, COVID-19 pandemiyası qlobal neft tələbatında azalmaya səbəb olub və saxlama anbarlarının tutumu ilə bağlı narahatlıq yaradıb. Bunun nəticəsində cari ilin fevral-aprel aylarında neft qiymətləri 60 faiz ucuzlaşıb. Hesabata əsasən, bu il neft qiymətləri ötən illə müqayisədə 32 faiz azalaraq bir barelə görə 41,7 dollar olacaq. 2021-ci ildə isə bir barel neftin qiyməti 46,7 dollar təşkil edəcək.

BAKU.WS