Zooparkda dişi öküzə yem vermək istəyən əcnəbi, erkəyin qəzəbinə tuş gəldi
Yeni Moskvada yak miqranta hücum edib.
BAKU.WS "Moskovski Komsomolets"ə istinadən xəbər verir ki, nəticədə miqrant xəstəxanalıq olub.
Bildirilib ki, 55 yaşlı əcnəbi atçılıq klubunun nəzdindəki zooparkda yarımştat işləyirmiş. Yeni işinin ilk günlərindən birində kişi dişi yaklara ot atmaq qərarına gəlib. Onun bu hərəkəti erkək yakı çox qəzəbləndirib. Kişi pəncərədən qaça bilməyi bacarsa da yakın hücumuna məruz qalıb.
Kişi aldığı xəsarətlərə və qan itirməsinə baxmayaraq, atçılıq klubunun sahibi ilə əlaqə saxlaya bilib və ondan həkimləri çağırmasını istəyib. Zərərçəkmiş üz nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Çin Rusiyadan neft idxalını 16,7% artırıb
Çin 2026-cı ilin ilk altı ayında Rusiyadan neft idxalını əhəmiyyətli dərəcədə artırıb. BAKU.WS xəbər verir ki, bu barədə Çin Gömrük Administrasiyasının məlumatı...