Zibil torbasından 2000 yaşı olan antik yunan heykəli tapılıb
23
yan
2025
15:00
Yunanıstanın Saloniki şəhərində zibil torbasının içindən təxminən 2000 yaşı olan qadın heykəli tapılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Salonikinin Neoi Epivates bölgəsində sakinlərdən biri heykəli taparaq səlahiyyətlilərə təhvil verib.
Məlum olub ki, 80 santimetr uzunluğundakı başsız heykəl Hellenistik dövrünə aiddir.
Başsız heykəl təhlil edilmək üçün arxeoloqlara təhvil verilib. O, bu müddətdə yerli antik əsərlər müəssisəsi tərəfindən qorunacaq. Hazərda polis heykəli kimin zibil qutusuna atdığını müəyyənləşdirmək üçün araşdırmalar aparır.
Qalereya
Oxşar xəbərlər
İsraildə terrorçular artıq edam ediləcək
İsrail Knesseti (parlamenti) terrorçular üçün ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...