Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb
Ukraynanın Kiyev vilayətinin Buça rayonunda Rusiya ordusunun həyata keçirdiyi hücumun nəticələrinin aradan qaldırılması davam edir.
BAKU.WS xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, hücum nəticəsində 38 nəfər həyatını itirib, o cümlədən iki uşağın olduğu 20 nəfər yaralanıb. Daha 4 nəfərin taleyi isə məlum deyil.
Zelenski bildirib ki, xilasedicilər ərazidə yanğınları söndürür, partlayış təhlükəsi yaradan predmetləri aşkarlayaraq zərərsizləşdirirlər. Onun sözlərinə görə, ərazidəki dağıntı və çirklənmənin miqyası böyükdür.
Ukrayna lideri həmçinin qeyd edib ki, yalnız bu həftə ərzində Rusiya Ukraynaya təxminən 2 000 hücum dronu, 1 600-dən çox hava bombası və 31 raket atıb.
Zelenski əlavə edib ki, Ukrayna ordusu Rusiyanın ölkəyə endirdiyi zərbələrə cavab verməkdə davam edəcək.
Oxşar xəbərlər
Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb
Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında enerji təminatı ilə bağlı vəziyyət gərginləşib. BAKU.WS xəbər verir ki, stansiya bir həftədən artıqdır xarici...