Zaxarova: Borrellin "reseptlərindən" sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellin "reseptlərindən" sonra Aİ ölkələri ilə Rusiya arasında qaçılmaz hərbi toqquşma riski var.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, bu toqquşmanın nəticələri fəlakətli olacaq. Zaxarova onu da xatırladıb ki, Borrell dəfələrlə Ukrayna münaqişəsinə son qoyulmasının Avropa İttifaqının maraqlarına uyğun olmadığını açıqlayıb, baxmayaraq ki, əgər istəsə, Aİ Ukraynaya silah verilməməklə döyüşləri "iki həftə ərzində" dayandıra bilər.
"Əvəzində Avropa İttifaqı Kiyevə silah tədarükünü sürətləndirmək və artırmaq zərurəti ilə bağlı bəyanatlar verir".
Oxşar xəbərlər
Britaniyanın sabiq səfiri ilə bağlı araşdırma başlanıb
Avropa İttifaqının OLAF Börosu Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Piter Mandelson barədə araşdırma başladıb. Reuters agentliyinin məlumatına görə, istint...