"YouTube"də YENİLİK - Süni intellektlə yaradılan videolar digərlərindən seçiləcək
"YouTube" orijinal məzmunu süni intellektlə yaradılmış məzmundan fərqləndirmək üçün "Kameraya yaxalanan" etiketini təqdim edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Rozetked" məlumat yayıb.
Bildirilib ki, hazırda məzmunu göstərən yeni etiketləmə - "Bu məzmun necə yaradıldı" bölməsi var.
Doğrulama üçün video, meta məzmunlarını yoxlayan Truepic xidməti vasitəsilə C2PA standartı istifadə edilir. Yeni sistem yalnız meta məlumatları qeyd edə bilən cihazlarla işləyir.
2021-ci ildə Microsoft və Adobe tərəfindən yaradılmış C2PA standartı Arm, BBC, Intel, Google, Sony və OpenAI tərəfindən də dəstəklənir.
Oktyabrın ortalarında YouTube tərtibatçıları təkmilləşdirilmiş pleylistlər və digər yeniliklərlə böyük bir yeniləmə buraxdılar.
Oxşar xəbərlər
Hadisenin yeni filmi açıq-saçıq səhnələrinə görə Tiktokda qadağan edildi
Müğənni Hadisenin yeni çəkildiyi ekran işi "Esas oğlan" Tiktokda qadağan edilib. BAKU.WS xəbər verir ki, ekran işində açıq-saçıq səhnələr yer aldığından sosial...