"Yeşilçam"ın 85 yaşlı aktyoru vəsiyyətini açıqladı

Yeşilçamın 85 yaşlı aktyoru vəsiyyətini açıqladı
Foto
Dünya 124

Məşhur "Yeşilçam" aktyoru Ediz Hun vəsiyyətini açıqladığını bildirib. 

BAKU.WS xəbər verir ki, o bu barədə "Sosial-İqtisadi İnkişafda Təbiət və İnsan münasibətləri" adlı konfransa qatılarkən qeyd edib. 

85 yaşlı aktyor 5-6 ilə qədər bütün sağ qalan  "Yeşilçam" aktyorlarının da vəfat edəcəyini açıqlayıb.

Bundan sonra kitabları çox sevdiyini vurğulayan Ediz Hun vəsiyyətinin də nə olduğunu bildirib.

"Həyat yoldaşım Bernaya söylədim. Mənə bir şey olsa bu kitabları Alman yaxud ad Avstriya liseyinə bağışlasın. Məndə alman, ingilis və Norveç dillərində kitablar var. Niyə məndə qalsınlar ki?... Yeni nəsillər onları oxusunlar. Kitablar paylaşdıqca gözəldir" - deyə Ediz Hun vurğulayıb. 

Konfrans zamanı aktyor sağlamlığına necə diqqət yetirdiyini də iştirakçılarla bölüşüb:

"Mümkün olduğu qədər səhərlər yumurta yeməyə çalışıram. Normal səhər yeməyi yeyirəm. Xüsusilə həddindən artıq istifadə etdiyim heç bir şey yoxdur. B vitamini qəbul edirəm. Balıq yağı istehlak edirəm. Yayda günəş vannas; qəbul edirəm. D vitamini ən vacibdir. Günəşdə nə qədər çox olsanız, payızda qışda o qədər gec qripə tutulacaqsınız. Evdə idman alətlərim var. Onları edirəm. Kilo almamağa çalışıram. Sahildəki kişilərə baxıram, hamı müəyyən yaşdan sonra qarnını çəkir. Bir vaxtlar mən də çəkirdim. Hər artıq çəki ürəyi yorur" - deyə aktyor qeyd edib.

Son xəbərlər