"Yeşilçam" aktyoru illər sonra ortaya çıxdı

"Yeşilçam" filminin sevilən aktyorlarından olan Tamer Şahin illər görüntülənib.
BAKU.WS xəbər verir ki, o illər sonra ortaya çıxıb.
Aktyor müsahibəsində rol aldığı "Neşeli günler" filminin komandası ilə uzun illər dostluq etdiyini deyib.
"Həmin komanda mənim ikinci ailəm kimi idi. İsti bir atmosfer var idi. Hər həftə kiminsə evində görüşərdik. Məni qonaq edirdilər. O filmdən sonra heç vaxt əlaqəmiz kəsilmədi. Heç kimdə eqo və təkəbbür yox idi. Təcrübəsiz olmağıma baxmayaraq, həmişə bizə yol göstərirdilər. Komanda daxilində birlik var idi. Çəkilişdəki səmimiyyət də tamaşaçıları ovsunlayırdı. Lakin zaman keçdikcə hamı istər-istəməz bir-birindən uzaqlaşmalı oldu".
Tamer Şahin mərhum müğənni Barış Mançonun 20 il menecerliyini edib. "7"den 77"ye" və "Adam Olacak Çocuk kimi layihələr üzərində işləyib.
Qeyd edək ki, Tamer Şahinin "Neşeli günler" filmi ilə ulduzu parıldayıb.

Oxşar xəbərlər
Məşhur müğənni bir il əvvəl ölən oğlu üçün bulaq inşa etdirdi
Müğənni Safiye Soyman mərhum oğlu Harun Soyman üçün bulaq inşa etdirib. BAKU.WS xəbər verir ki, bulaq Burdurun Ağlasun bölgəsində istifadəyə verilib. Sənətçi b...