Yerə doğru yaxınlaşan kometa parçalanacaq
Yerə doğru hərəkət edən C/2026 A1 kometası Günəşə yaxınlaşarkən məhv ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə alim Yevgeni Burmistrov açıqlama verib.
Onun sözlərinə görə, kometanın nüvəsinin dağılması üçün iki əsas amil var: Günəşin yandırıcı istisi və güclü cazibə (gelgit) qüvvələri. Günəş kometanın özünə yaxın tərəfini daha güclü cəzb etdiyindən, bu fərq göy cisminin deformasiyasına və nəticədə parçalanmasına səbəb ola bilər.
Alim qeyd edib ki, yüksək ehtimalla C/2026 A1 Günəşə yaxın məsafədə bütövlüyünü itirəcək. Bununla belə, kometanın tam dağılmadan yoluna davam etməsi ehtimalı da tam istisna edilmir.
Məlumata görə, kometa fevral ayında Yerə nisbətən daha yaxın məsafədən keçəcək, lakin toqquşma riski yoxdur.
Oxşar xəbərlər
Tehran-Vaşinqton danışıqlarında urana dair qərar verilib? - İranın vitse-prezidenti detalları açıqladı
"İran Omanda ABŞ ilə danışıqlar zamanı zənginləşdirilmiş uranın üçüncü ölkələrə ötürülməsi ehtimalını müzakirə etməyib". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...