Yeni seçilən Roma Papasının kimliyi məlum olub

Yeni seçilən Roma Papasının kimliyi məlum olub.
Kardinal Robert Frensis Prevo Roma Papası seçilib.
O, XIV Lev adını alıb.
Onu meydanda 40 mindən çox insan qarşılayıb.
69 yaşlı kardinal Robert Prevo əslən Çikaqodandır. Prevo mərhum papanın siyasətinin tərəfdarı kimi tanınır: yoxsullara kömək etməyi, miqrantları və açıq kilsəni müdafiə edir.
Prevo 2023-cü ilin sentyabrında kardinal olub.
Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanıb.

***21:12
Yeni Roma Papası seçilib.
Bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, ənənəvi olaraq səsvermənin keçirildiyi Vatikanda Sikstin kapellasında quraşdırılmış bacadan ağ tüstü qalxıb. Bu isə kardinalların ikigünlük konklavın ikinci günündə yeni papa seçdiklərinin işarəsidir.
Onun adı tezliklə açıqlanacaq.
Oxşar xəbərlər
Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra bundan əziyyət çəkib
Hollivud ulduzu Bred Pittlə yeni fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, onun keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra alkoqol aslılğından əz...
