Yeni epidemiya dalğası - Bu ölkədə ölənlərin sayı 156-ya çatdı
07
apr
2025
10:39
Nigeriyada yanvar ayından bu yana davam edən menengit epidemiyası nəticəsində ölənlərin sayı 156 nəfərə yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi yazılı açıqlama yayıb.
Bildirilib ki, xəstəlik indiyədək ölkənin 23 ştatına yayılıb və ümumilikdə 1858 yoluxma halı qeydə alınıb.
Xatırladaq ki, Nigeriya hökuməti 2030-cu ilə qədər menengitə qarşı mübarizəni gücləndirmək üçün yeni tədbirlər planı hazırlayıb. Hava-damcı yolu ilə yayılan bu xəstəlik beyindən başlayaraq bütün orqanizmi zədələyə bilir.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...