Yarışmada üzünə qaynar yağ tökülən iştirakçının bu dəfə ürəyi getdi
03
dek
2024
16:48
"MasterChef Türkiye" yarışmasının iştirakçısı Beyza Aydının başına yenə iş gəlib.
BAKU.WS xəbər verir ki, əvvəlki yarışmalardan birində üzünə qaynar yemək yağı tökülən Beyzanın bu dəfə də studiyada ürəyi gedib.
O qəfildən özünü pis edib və yerə yıxılıb. Yarışmanın çəkiliş heyəti və münsiflər dərhal qaçaraq onun yanına gediblər.
Sözügedən hadisə bu axşam ekranlara gələcək bölümdə yaşanıb.
Xatırladaq ki, bir müddət əvvəl üzünə yağ tökülən Beyza özəl xəstəxanaya yerləşdirilib orada yaxşı müalicə almışdı.
Oxşar xəbərlər
Putin 2027-ci il seçkilərinə müdaxilə etməyə çalışacaq- Fransa XİN başçısı
Fransanın xarici işlər naziri Jan-Noel Barro Rusiya Prezidenti Vladimir Putinin 2027-ci ildə Avropada keçiriləcək seçkilərdə seçicilərin seçiminə təsir göstərmə...