"Yaprak Dökümü"nün aktyorundan həmkarına: "Ağzını-burnunu sındıracağım aktyorun ..."
"Yaprak Dökümü" serialının məşhur aktyoru Tolqa Karel paylaşımı ilə hər kəsi təəccübləndirib.
BAKU.WS xəbər verir ki, uzun illərdir ABŞ-də yaşayan aktyor sosial şəbəkədə həmkarı Fırat Tanışla bağlı paylaşım edib.
O "Şakir Paşa ve Ailesi" serialının baş rol ifaçısı barədə ağır sözlər yazıb. Tolqa həmkarı barədə "Gəlin sizə ağzını-burnunu sındıracağım aktyorun kim olduğunu açıqlayım" deyə paylaşımda qeyd edib.
Daha sonra o Fırat Tanışın çəkiliş zamanı yaşadıqlarından və özünün çəkiliş zamanı yaşadıqlarından ibarət "story"lər paylaşıb.
Həmin paylaşımları təqdim edirik:
Xatırladaq ki, Tolqa Karel ailəlidir və illərdir Amerikada yaşayır. O əvvəllər orada TIR sürücüsü işləyib. Hazırda isə özünə şirkət qurub. O "Yaprak Dökümü" serialında Oğuz obrazı ilə məşhurlaşıb.
Oxşar xəbərlər
Bəqai: İran ilə ABŞ nüvə proqramı və sanksiyaların ləğvini müzakirə edir
İran ilə ABŞ-nin nüvə proqramı və sanksiyaların ləğvi üzrə intensiv danışıqları davam edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə...