"Yaprak Dökümü"ndə ana və qızı oynayan aktrisalar arasındakı gərginliyin səbəbi nə idi?

Yaprak Dökümündə ana və qızı oynayan aktrisalar arasındakı gərginliyin səbəbi nə idi?
Foto
Dünya 176

Bir zamanların reytinqli serialı "Yaprak Dökümü"ndə aktrisaları arasında yaşanan gərginlik yenidən mətbuatın gündəminə gəlib. 

BAKU.WS xəbər verir ki, ana-qız obrazını canlandıran aktrisalar Bedia Ener Öztep və Seda Demir bu gərginliyə görə illərlə küsülü qalıb.

Buna səbəb Bedianın serialda öz səsi ilə çəkilməyən Sedanı həyata küsdürməsi olub. Aktrisanın "Səsin çox pisdir, sən əsla bir serialda çəkilə bilməzsən" deməsi Sedaya böyük travma yaşadıb. 

Seda  "Yaprak Dökümü" serialında ilk aktrisalıq qabiliyyiətini nümayiş etdirib. O Sedef obrzı ilə tamaşaçıların rəğbətini qazanıb. Lakin serialdakı anası olan Bedia Enerlə aralarında həmişə soyuqluq yaşanıb.

Enerin "Serialda hamı öz səsi ilə oynayır. Sadəcə sadəcə öz səsi ilə oynamırdı" deməsi onlar aralarında gərginliyi daha da artırıb.

Seda bu sözlərin ona çox pis təsir etdiyini və aktrisalığa küsməsinə səbəb olduğunu açıqlayıb.

O "Yaprak Dökümü" serialından sonra sektorda qala bilmədi və illər sonra "Survivor" yarışmasında iştirak etdi. Yarışmada səsindən utanmadığını bildirdi. Bu hadisə neqativ cümlənin bir insanın taleyinə necə təsir etdiyini ortaya çıxardı.

Xatırladaq ki, "Yaprak dökümü" serialı 2006-2010-cu illərdə ekranlara gəlib. Layihə nümayiş olunduğu müddətdə olduqca geniş tamaşaçı auditoriyasına və reytinqə sahib olub.

Son xəbərlər