Yapon alimlər dünyanın sonunun dəqiq tarixini AÇIQLADI

Yaponiyanın Toho Universiteti və NASA-nın beynəlxalq tədqiqatçılar qrupu Yer üzündə bütün canlıların məhv olacağı dəqiq tarixi müəyyən edib. Aparılan hesablamalara əsasən, apokalipsis 1 000 002 021-ci ildə baş verəcək. Bu qlobal fəlakətin əsas səbəbi isə Günəş olacaq.
BAKU.WS La Grada-ya istinadən xəbər verir ki, alimlərin fikrincə, növbəti bir milyard il ərzində Günəşin ölçüsü və temperaturu tədricən artacaq. Bu proses Yer üçün fəlakətli nəticələr doğuracaq - dünya okeanı qaynamağa başlayacaq və nəticədə buxarlanaraq kosmik məkana sovrulacaq. Günəşin parlaqlığı elə həddə çatacaq ki, Yer səthində hər hansı həyat formasının mövcudluğu mümkünsüz olacaq. Mütəxəssislər bu dönüş nöqtəsinin dəqiq 999 999 996 il sonra baş verəcəyini bildiriblər.
Bununla belə, NASA-nın alimləri artıq bu gün üçün daha yaxın təhlükənin mövcud olduğunu vurğulayırlar. 2024-cü ildə aparılan tədqiqatlar göstərib ki, güclü alovlanmalar və tac kütləsinin atılması Yer atmosferinin tərkibinə ciddi təsir göstərə, temperaturu artıra, oksigen səviyyəsini təhlükəli dərəcədə azalda bilər.
Alimlər insanlığın xilas yolu kimi iki əsas strategiyanı təklif edirlər. Birincisi - texnoloji sıçrayış nəticəsində qapalı məkanlarda oksigen və su ehtiyatlarını qoruyacaq müstəqil həyat dəstək sistemlərinin yaradılmasıdır. Bu, insanların süni şəkildə formalaşdırılmış mühitdə yaşamasını mümkün edə bilər.
İkinci ssenari isə planetlərarası miqrasiyadır. Bu plan yalnız insan həyatına uyğun bir planetin aşkarlanması və kosmosdakı böyük məsafələrin qət edilməsi üçün texnologiyaların inkişafı halında həyata keçirilə bilər.

Oxşar xəbərlər
Ali Yerlikayadan zəlzələ ilə bağlı İLK AÇIQLAMA
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İstanbuldakı 6.2 bal gücündəki zəlzələ ilə bağlı ilk dəfə açıqlama verib. BAKU.WS xəbər verir ki, nazir Türkiyə Föv...