WhatsApp Webdə YENİLİK - səsli və görüntülü danışmaq olacaq
WhatsApp Web istifadəçiləri üçün uzun müddətdir gözlənilən yenilik təqdim olunub.
BAKU.WS xəbər verir ki, səsli və video zəng funksiyası artıq beta test mərhələsinə başlayıb. İstifadəçilər bundan sonra masaüstü tətbiq yükləmədən birbaşa brauzerlərdən zəng edə biləcəklər.
Yeni xüsusiyyət əvvəlcə yalnız təkbətək söhbətləri dəstəkləyir, ancaq gələcəkdə 32 nəfərə qədər iştirakçının qoşula biləcəyi qrup zəngləri də mümkün olacaq. Zənglər mobil və masaüstü tətbiqlərdə olduğu kimi başdan-başa şifrələnir və təhlükəsizlik protokolları qorunur. Həmçinin video zəng zamanı ekran paylaşımı da mövcuddur.
Yaxın həftələrdə funksiyanın beta istifadəçi bazası genişləndiriləcək və daha sonra bütün istifadəçilər üçün əlçatan olması planlaşdırılır.
Oxşar xəbərlər
İrana qaçan ABŞ qadın kəşfiyyatçısına dair məlumat üçün 200 min dollar təklifi
"Təqribən iki həftə əvvəl ABŞ Federal Təhqiqatlar Bürosunun Vaşinqton Ofisi İranın xeyrinə casusluqda, o cümlədən milli müdafiə məlumatlarını ona ötürməkdə itti...