Vuçiç: Rusiya-Serbiya qaz müqaviləsi daha üç ay uzadılıb
Rusiya qazının Serbiyaya tədarükünə dair müqavilə üç ay müddətinə uzadılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
"Biz bizim üçün çox əlverişli şərtlərlə müqavilənin üç ay müddətinə uzadılmasını əldə etdik. Bu gün qazın qiyməti təxminən 645 dollardır, biz bir az daha çox ödəyərdik, lakin mahiyyət etibarilə, hazırda biz təxminən 320 dollar ödəyirik", - o deyib.
Onun sözlərinə görə, Rusiya qazının Serbiyaya tədarükü məsələsi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da müzakirə edilib. Onlar həmçinin tibb, farmakologiya sahəsində əməkdaşlığı, eləcə də Rusiya şirkətlərinin Serbiyadakı layihələrdə iştirakı məsələsini müzakirə ediblər.
Oxşar xəbərlər
İran İsrail Ordusunun tezliklə Livandan çəkilməsini tələb edir
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf livanlı həmkarı Nəbih Berri ilə telefonla danışıb, tərəflər Livandakı vəziyyəti müzakirə ediblər. BAKU.WS "Repor...