Volqoqrad hava limanına "Stalinqrad" adı verildi

Volqoqrad hava limanına Stalinqrad adı verildi
Dünya 61

Rusiyada ekipaj komandirləri artıq sərnişinlərə müraciət edərkən "Stalinqrad Beynəlxalq Hava Limanı" adından istifadə etməyə başlayıblar. Bu dəyişiklik Rusiya hökumətinin rəsmi qərarı ilə həyata keçirilib.

Bu barədə TASS məlumat yayıb.

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Volqoqradın (Qumrak) beynəlxalq hava limanına tarixi "Stalinqrad" adının verilməsi haqqında sərəncam imzalayıb. Bu təşəbbüs bölgənin veteranları tərəfindən irəli sürülüb və Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov tərəfindən Prezident Vladimir Putinə təqdim olunub. Dövlət başçısı təşəbbüsü dəstəkləyib.

Qeyd edək ki, 17 aprel tarixində Sankt-Peterburqun da qısamüddətli olaraq Leninqrad adlandırılması barədə qərar qəbul edilib. Bu, Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi münasibətilə həyata keçiriləcək. 8–10 may tarixlərində Pulkovo hava limanında pilotlar və dispetçerlər şəhəri Leninqrad kimi adlandırmalı olacaqlar.

Xatırladaq ki, 1941-ci il iyunun 22-də nasist Almaniyası Sovet İttifaqına hücum etmişdi. Moskva uğrunda döyüş, Leninqradın blokadası, Sevastopolun müdafiəsi, eləcə də Kursk, Rjev və Stalinqrad döyüşləri Böyük Vətən Müharibəsinin ən önəmli mərhələlərindən sayılır. Sovet ordusu düşməni tədricən qərbə doğru sıxışdıraraq Qələbəyə qədər irəliləmişdi.

Oxşar xəbərlər

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb

Sind Terrorla Mübarizə İdarəsi (CTD) Pakistanın ən böyük şəhəri Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib. BAKU...

28 Dünya 23:23 23 oktyabr 2025

Son xəbərlər