"Vikipediya" tarixindəki ən populyar sorğularını açıqladı
"Vikipediya" onlayn ensiklopediyası platformanın tarixində ən populyar sorğuları açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat "Popular science" tərəfindən dərc olunub.
Bildirilib ki, ən populyar axtarış "İllərə görə ölümlərin siyahısı" məqaləsi olub - məqalə təxminən 647 milyon dəfə baxılıb.
İkinci və üçüncü yerləri ABŞ haqqında məqalələr (328 milyon baxış) və prezident Donald Tramp haqqında məlumatlar (325 milyon baxış) tutub.
Dördüncü və beşinci yerləri Kraliça II Yelizaveta haqqında məqalə və Hindistan haqqında məlumatlar tutub.
Nəşr qeyd edib ki, Kriştiano Ronaldo, Barak Obama, Elon Mask və İkinci Dünya Müharibəsi və Birləşmiş Krallıq haqqında məqalələr də ilk onluğa daxil olub.
Oxşar xəbərlər
SEPAH Hörmüz boğazı üzərində "tam nəzarət"ə sahib olub
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində "tam nəzarət"ə sahib olduğunu bildirib. BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Israel...