Venesuela neft hasilatını və ixracını azaldıb
ABŞ-nin tətbiq etdiyi blokada ilə əlaqədar olaraq Venesuela neft hasilatını və ixracını sutkada 0,6 milyon barel azaldıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası İdarəsinin hesabatında bildirilir.
Nazirliyin məlumatına görə, ABŞ sanksiyaları çərçivəsində tətbiq edilən neft blokadası və Venesuelaya məxsus, sanksiyaya məruz qalan neft tankerlərinin Latın Amerikası ölkəsi yaxınlığında ələ keçirilməsi ölkənin neft ixracının böyük hissəsinin dayanmasına, bunun nəticəsində isə hasilatın da dayandırılmasına səbəb olub.
Qeyd edək ki, 7 yanvar tarixində ABŞ Energetika Nazirliyi bəyan edib ki, Birləşmiş Ştatlar artıq Venesuela neftinin dünya bazarlarında satışına başlayıb. Nazirlik vurğulayıb ki, neft satışından əldə olunan vəsaitlər Birləşmiş Ştatların nəzarətində olan bank hesablarına köçürüləcək. Daha sonra bu vəsaitlər Vaşinqtonun qərarına əsasən ABŞ və Venesuela xalqlarının maraqları naminə bölüşdürüləcək.
Oxşar xəbərlər
Tramp amerikalıları və müttəfiqlərini İranı tərk etməyə çağırıb
ABŞ vətəndaşları və ölkənin müttəfiqləri dərhal İranı tərk etməlidirlər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Detroytdak...