Vanuatuda dəhşətli zəlzələ, mobil şəbəkələr sıradan çıxıb
Vanuatu adasında Rixter cədvəli ilə 7,3 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə çərşənbə axşamı, dekabrın 17-də ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri ölkənin paytaxtı Port Viladan təxminən 30 kilometr aralıda, ocağı isə təxminən 57 kilometr dərinlikdə yerləşib. Əsas təkandan bir neçə dəqiqə sonra 5,5 bal gücündə ikinci təkan baş verib.
KİV-in məlumatına görə, bir nəfərin ölümü barədə məlumat var, zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Paytaxtla beynəlxalq limanı birləşdirən yol sürüşmə səbəbindən bağlanıb, bir çox mobil şəbəkələr sıradan çıxıb.
Oxşar xəbərlər
Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp təxminən 60 ölkədən olan mallara 10 %-dən 12,5 %-dək yeni rüsumlar tətbiq etməyə hazırlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir...