Vanuatuda 7,3 bal gücündəki zəlzələdə ölənlərin sayı 14-ə yüksəlib
Sakit Okean bölgəsində yerləşən ada dövləti Vanuatuda baş verən 7,3 bal gücündə zəlzələdə ölənlərin sayı 14-ə çatıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, zəlzələ dünən Vanuatunun paytaxtı Port Vila sahillərindən 30 kilometr uzaqlıqda və təxminən 57 kilometr dərinlikdə meydana gəlib.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) nümayəndəsi Katie Greenwood sosial media hesabında verdiyi açıqlamada zəlzələdən zərər çəkənlər üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
O, ilk yardım, sığınacaq və su kimi ehtiyacların olduğunu vurğulayıb və zəlzələdə həyatını itirənlərin sayının 14-ə yüksəldiyini, 200-dən çox insanın isə xəsarət alıb.
Zəlzələdən sonra verilən sunami xəbərdarlığı isə daha sonra ləğv edilib.
Oxşar xəbərlər
Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp təxminən 60 ölkədən olan mallara 10 %-dən 12,5 %-dək yeni rüsumlar tətbiq etməyə hazırlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir...