Vanqa və Nostradamusun 2025-ci il üçün verdiyi eyni dəhşətli proqnozu

Nostradamus və Vanqa 2025-ci il üçün eyni, qorxunc proqnoz veriblər.
BAKU.WS Daily Mail nəşrinə istinadən xəbər verir ki, dünyanın iki məşhur ekstrasensi - Nostradamus və Vanqa müxtəlif dövrlərdə olsa da, 2025-ci ildə Avropanı ölümcül bir müharibənin bürüyəcəyini iddia ediblər.
XVI əsrdə yaşamış fransız Nostradamus "Avropa torpaqlarının" amansız müharibələrə cəlb olunacağını deyib. 1996-cı ildə vəfat edən bolqar kahin Vanqa isə 2025-ci ildə müharibənin bütün qitə əhalisini "yox edəcəyini" bildirib. Onu yaxşı tanıyanlar deyirlər ki, Vanqa 5079-cu ilə qədər hər il üçün proqnozlar qoyub. Sonrası üçün isə heç bir proqnozu olmayıb. Çünki onun sözlərinə görə, həmin dövrdə dünyanın sonu gələcək.
Vanqanın bəzi peyğəmbərlikləri gerçəkləşib. Məsələn, o, 1997-ci ildə şahzadə Diana"nın ölümünü, 11 sentyabrda Nyu-Yorkdakı terror aktlarını, COVID pandemiyasını və Rusiya-Ukrayna münaqişəsini əvvəlcədən söyləyib.
1979-cu ildə Vanqa Rusiyanın dünyada üstünlük qazanacağını və Vladimir Putinin "dünyanın hakimi" olacağını bəyan edib. O, "Bütün dünya əridikdə yalnız bir şey toxunulmaz qalacaq - Vladimirin şöhrəti, Rusiyanın şöhrəti" deyib.
Lakin bəzi yanlış proqnozlar da var. Məsələn, Vanqa əvvəlcə Avropanın 2017-ci ilə qədər "səhra"ya çevrilərək məhv olacağını iddia etmişdi.

Oxşar xəbərlər
Alimlər fiziki ölümdən sonra insanı nələrin gözlədiyini müəyyən edib
Bir qrup alim insan həyatının fiziki ölümlə bitmədiyi yeni fərziyyə təqdim edib. BAKU.WS xəbər verir ki, bu barədə "Kulik" xəbər agentliyi məlumat yayıb. Tədqiq...